6 il Almaniyada gizlənən azərbaycanlı TUTULDU

16:19 18.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı Ukraynaya deportasiya olunub. 

Hafta.az xəbər verir ki, 35 yaşlı Azərbaycan vətəndaşı olan Elşən Qurbanov 2019-cu ilin payızında Ukraynanın Jitomir şəhərində soyğunçuluq məqsədilə inkassatorlara hücum etməkdə və onlardan birini yaralamaqda ittiham olunur. Hadisədən sonra Almaniyanı tərk edən azərbaycanlı 6 il istintaqdan yayına bilib.

Onunla birlikdə soyğunda iştirak edən həmyerlisi Fuad Daşdəmirov isə hadisə yerində saxlanılmışdı və mühakimə olunmuşdu./modern/